Azad olunan ərazilərdə daha 247 mina zərərsizləşdirilib
Azad olunan ərazilərdə yanvarın 3-12-də 55 tank əleyhinə mina, 192 piyada əleyhinə mina, 567 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1043.2 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Oxşar xəbərlər
Ötən həftə azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunan ərazilərdə 84 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunan ərazilərdə 205 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













