Bələdiyyə seçkilərində partiyalara televiziya və qəzetlərdə təbliğat üçün yer ayrılacaq
Mərkəzi Seçki Komissiyası (MSK) 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb.
"Sizinxeber.az"un məlumatına görə, elanda qeyd edilib ki, seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
MSK-dan bildirilib ki, həmin media subyektləri İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti, "Bakinski raboçi” qəzetidir.
Qurumdan qeyd edilib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları, dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.
Oxşar xəbərlər
Prezidentliyə namizədlərə ödənişsiz efir vaxtı və dərc üçün yerin ayrılacağı KİV-lər açıqlanıb - SİYAHI
İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır
İsmət Səttarov: Seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə üç saatdan az olmamalıdır
Gürcüstan MSK partiyalara seçkiqabağı təşviqat qaydalarını əks etdirən sənəd göndərib
Azərbaycanda yeni radio yayımı üçün müsabiqə elan olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













