Gürcüstan MSK partiyalara seçkiqabağı təşviqat qaydalarını əks etdirən sənəd göndərib
sizinxeber.az xəbər saytı

Gürcüstan MSK partiyalara seçkiqabağı təşviqat qaydalarını əks etdirən sənəd göndərib


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) partiyalara seçkiqabağı təşviqatın aparılması qaydalarını əks etdirən sənəd göndərib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani bildirilib.

"Bu gün seçkiqabağı təşviqat başlayıb və seçki qanunvericiliyində nəzərdə tutulmuş seçki kampaniyası çərçivəsində bir sıra normativ hüquqi aktlar nəzərdə tutulub ki, onlara əməl olunması seçki prosesinin demokratik keçirilməsində ən mühüm amildir”, - o, deyib.

Onun sözlərinə görə, sənəd seçkilərdə iştirak edən bütün subyektləri və partiyaları beynəlxalq səviyyədə tanınmış prinsiplər ətrafında birləşdirməlidir. Davranış Məcəlləsinin imzalanması partiyanın qeydiyyatı proseduru başa çatdıqdan sonra planlaşdırılır.

Oxşar xəbərlər

İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır
Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edilib - EKSKLÜZİV
Rəşad Məcid: Bizim mediamızın seçki məsələsində böyük təcrübəsi var
Media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilib
Seçkiqabağı təşviqat prosesi başa çatır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər