Azərbaycanda yeni radio yayımı üçün müsabiqə elan olunub
- 23-01-2024, 19:03
- Media
- 0
- 2 131
Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, qərar Şuranın bu gün keçirilən iclasında elan olunub.
İclasda iki məsələ müzakirəyə çıxarılıb. İlk olaraq, FM radio yayımının aparılması üçün ölkə ərazisində boş olan və istifadəyə yararlı radiotezliklər barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar nəzərdən keçirilib və bu məlumatlar əsasında yeni lisenziya əsasında ümumölkə yerüstü radio yayımı fəaliyyətinin aparılmasının mümkünlüyü müzakirə olunub.
Müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib. Müsabiqə ilə bağlı şərtlər Audiovizual Şuranın rəsmi veb-saytında yerləşdiriləcək və ölkənin rəsmi qəzetində dərc olunacaq.
İclasda, həmçinin Qubadlı rayonu ərazisində yayım infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən alınan məlumatlara əsaslanaraq həmin ərazidə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının və analoq FM yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu kontekstdə, "Azərbaycan Radiosu" və "İctimai Radio"nun həmin ərazidə yayımının təmin olunması ilə bağlı müvafiq olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Azərbaycan Respublikası Audiovizual Şurasına daxil olmuş məktublara da baxılıb. Alınmış Qərara əsasən Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV yayım kanalı açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının aparılması üçün "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılıb.
Həmçinin həmin stansiyadan 89.5 MHs radiotezliyi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin və 96.9 MHs radiotezliyi "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılıb.


width="220" alt="Audiovizual Şura iki radio ilə bağlı qərar qəbul edib" />
width="220" alt="Speys TV-yə xəbərdarlıq edildi" />
width="220" alt="Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi" />
width="220" alt="İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />