Baş Prokurorluqda ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası ilə görüş keçirilib
sizinxeber.az xəbər saytı

Baş Prokurorluqda ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası ilə görüş keçirilib


Yanvarın 31-də Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Sizinxeber.az"a Baş Prokurorluqdan məlumat verilib.

Cari ilin fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Elçin Məmmədov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Ouen Mörfi ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb. Missiya rəhbəri Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokurorun birinci müavini: "Seçki komissiyalarının işinə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaqlar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məzahir Pənahov ATƏT missiyasını növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər