Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir
sizinxeber.az xəbər saytı

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir


Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir.

"Report" xəbər verir ki, bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib.

Müsabiqənin məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək və onları internet məkanında kreativ rəqəmsal məzmun yaratmağa təşviq etməkdir.

Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları oktyabrın 18-dən noyabrın 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi vasitəsilə elektron qaydada təqdim edilə bilər.

Layihə təklifləri noyabrın 10-dək qəbul edilir.

Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcək.

Müsabiqə haqqında daha ətraflı məlumatı link vasitəsilə əldə etmək olar. https://www.youtube.com/watch?v=gsoo-5wkHXU

Oxşar xəbərlər

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək
Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir
Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib
Azərbaycanda KOB-ların layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər