sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zabuxa qayıdan sakin: “Atamın, anamın doğulduğu yeri görəcəyəm”
“Atamın, anamın doğulduğu yeri görəcəyəm”.
“Report” xəbər verir ki, bu sözləri Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Qasımova Ülkər deyib.
“Çox böyük sevinc hissi yaşayırıq. Allah bizim üçün bu sevinc hissini əbədi etsin. Bizə bu xoş günü yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Zabux kənd sakini əlavə edib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülür.
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb”
Laçın sakini: “Bu gün hamımız sevincliyik”
Zabux sakini: “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram”
Zabux kəndinə növbəti köç karvanı yola düşüb
Növbəti köç karvanı Zabuxa çatıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













