Mərakeşli müşahidəçi: Seçki prosesində bütün qaydalara əməl edilib
Milli Məclisə seçkilərin uğurlu keçirilməsi ilə bağlı bütün tənzimləmələr, təlimatlar və qaydalara əməl edilib.
"Report" xəbər verir ki, bunu Mərakeş parlamentinin Nümayəndələr Palatası sədrinin birinci müavini Mohamed Sabbari deyib.
O bildirib ki, həmçinin seçki məntəqələrində bütün seçicilərin adlarının yer aldığı siyahıları asılmış şəkildə görürdük:
"Seçicilərin adları çox ciddi şəkildə yoxlanılırdı və sonra qəbul edilirdi. Seçki məntəqələrində namizədlərin nümayəndələri də iştirak edə bilirdi. Bütün məntəqələrdəki nümayəndələrimizlə əlaqə yaratdıq. Onlar bizə seçki prosesində heç bir pozuntunun qeydə alınmadığını bildirdilər. Eləcə də seçki fəallığının da şahidi olduq. Bu demokratik bayram münasibəti ilə Azərbaycan Prezidentini, xalqını və parlamentini təbrik edirəm".
Oxşar xəbərlər
Pakistanlı müşahidəçi: Azərbaycanda seçicilər üçün bütün lazımi şərait yaradılıb
Baş katib: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi
MN-dən prezident seçkiləri ilə bağlı açıqlama
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas
Uqandalı müşahidəçi: Seçki prosesi demokratik norma və qaydalara uyğun keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













