Rusiyalı senator: Parlament seçkiləri Azərbaycanın suverenliyinin bərpasının legitimləşdirilməsi prosesini başa çatdırıb
Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ölkənin suverenliyinin bərpasının hüquqi legitimliyi prosesini başa çatdırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müşahidə missiyasının rəhbəri - Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov deyib.
“Ali qanunverici orqana seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirik. Fikrimcə, Azərbaycanda 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra parlament seçkiləri ölkənin suverenliyinin bərpasının hüquqi legitimləşdirilməsi prosesini başa çatdırır”, - o bildirib.
Rusiyalı senator vurğulayıb ki, Rusiyanın ətrafında çiçəklənən, suveren və güclü dövlətlərin olması çox vacibdir: “Biz Azərbaycanı məhz belə qəbul edirik”.
İ.Umaxanov qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycana son səfəri zamanı imzalanmış sənədlər Bakı ilə Moskva arasında əlaqələrin inkişafına təkan verəcək.
O bildirib ki, Azərbaycan parlamentinin deputatlığına bir çox namizədləri tanıyır: “Bu insanlar ictimai rəyin liderləridir, onlara uğurlar arzulayıram. Mən ilk növbədə Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıram”.
Oxşar xəbərlər
İlyas Umaxanov: Rusiya qonşuluğundakı dövlətlərin güclü olmasında maraqlıdır - FOTO
Sergey Markov: Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi
Türkiyənin Yüksək Seçki Şurasının sədri: Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir
MDB PA-nın Azərbaycandadakı seçkiləri müşahidə edəcək missiyasının tərkibi formalaşıb
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlığın gedişi barədə məlumatlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
