Xaçatryan mənə işgəncə verəndə 18 yaşım vardı
Hələ 18 yaşım olanda Vaqif Xaçatryanın işgəncələrinə məruz qalmışam.
sx.buludhost.com xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kənd sakini Məmməd Kazımov Azərtac-a müsahibəsində deyib.
M.Kazımov fikirlərinə belə davam edib: "Xankəndidə sürücülük məktəbini bitirmişəm. Meşəlidən olan tanışlarımla imtahan verməyə getmişdik. Qəfildən yolumuzu 50-60 nəfər kəsdi, bizi Xankəndi şəhər polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldıq. Şöbədə olduğumuzun səhəri günü Vaqif Xaçatryan da gəldi. Elə bildim ki, Meşəlidən olduğu üçün bizə kömək edə bilər. Polislərdən birindən bizim kim olduğumuzu soruşdu. Dedilər ki, Meşəlidəndirlər. Polis məni göstərib dedi ki, bu uşağı nə qədər döyürük, xeyri yoxdur, elə "Qarabağ bizimdir" qışqırır. Bundan sonra Vaqif Xaçatryan mənə işgəncə verməyə başladı. Axırda biçaqla ayaq damarımı kəsdi ki, qanaxmadan ölüm. Növbəti gün bizi rus mayor xilas elədi. Bizi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qoyub qayıtdılar”.
1991-ci il dekabrında baş verən Meşəli hadisələrindən danışan həmsöhbətim deyib:
“O zaman özünümüdafiə dəstəsində döyüşçü idim. Bilirdim ki, Xaçatryan qarşı tərəfin dəstə rəhbəridir. Biz onların rabitə aparatlarına qoşulurduq, Xaçatryanı səsindən tanıyırdıq. Onlar bundan əvvəl rayonun Cəmilli kəndinin sakinlərinə divan tutmuşdular. Bizi təhdid edirdi ki, Meşəlini Cəmillidən də betər edəcəyik. Azərbaycan dilində deyirdi ki, əlilləri, qocaları, qadınları kənddən çıxarın. Biz Vaqifi səsindən tanıyırdıq, həm də qarşı tərəfdən girov götürüb onlardan söz alırdıq. Etiraf edirdilər ki, qruplardan birinin rəhbəri Vaqif Xaçatryandır. Ümumilikdə, Xocalı hadisələrində 46 nəfər yaxınımı itirmişəm. Danmağına baxmayaraq, Vaqif Xaçatryan təkcə Meşəlidə deyil, digər ərazilərdə də insanlara işgəncə verib".
Oxşar xəbərlər
Vaqif Xaçatryanın ittiham aktı elan olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Xaçatryanın növbəti məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçatryan özünü günahkar hesab etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçatryanın qətlə yetirdiyi sakinlərin adları açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Xaçatryanın növbəti məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












