Prezident XXXIII Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb
sizinxeber.az xəbər saytı

Prezident XXXIII Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb


Prezident İlham Əliyev "Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, Sərəncamla XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1. birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;

2. ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

3. üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxşar xəbərlər

MOK Prezidenti Paris olimpiadasının qaliblərini mükafatlandırıb
Prezident gələn il üçün yaşayış minimumunu təsdiqləyib
Azərbaycan Milli Olimpiya komandasının üzvləri təltif edilib - SİYAHI
Səbaildə avtomobil yollarının təmiri məqsədilə 350 min manat vəsait ayrılıb - SƏRƏNCAM
Prezidentdən yol təmiri ilə bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər