Laçında heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır
Laçın sakini Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən piyada əleyhinə minaya düşüb.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib. Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Qeyd olunub ki, hadisə nəticəsində Süleymanov Əli sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda mina partlayışı olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












