Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib
sizinxeber.az xəbər saytı

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib


Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub.

APA xəbər verir ki, bu vəzifəyə Şahin Həsənov təyin edilib.

Qeyd edək ki, Şahin Həsənov bundan əvvəl Milli Məclis Aparatında İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri olub.

Xatırladaq ki, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov vəzifəsindən azad olunub və Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının digər Sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib.

Oxşar xəbərlər

Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin edilib
Maliyyə nazirinə yeni müavinlər təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər