STM İnvestisiya Holdinqinin fəaliyyəti ilə bağlı sosioloji sorğu keçirəcək
sizinxeber.az xəbər saytı

STM İnvestisiya Holdinqinin fəaliyyəti ilə bağlı sosioloji sorğu keçirəcək


Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə əməkdaşlıq çərçivəsində əhali arasında sosioloji sorğunun keçirilməsinə start verir.

"Report" xəbər verir ki, avqustun 1-dən 12-dək keçiriləcək sorğunun məqsədi əhalinin Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti ilə bağlı məlumatlılıq səviyyəsini ölçməkdir.

Ölkədə və dünyada baş verən sosial-iqtisadi proseslərə maraq göstərən hər bir şəxs sorğuda iştiraka dəvətlidir.

Sorğu iştirakçılarının anonimliyinin qorunmasına tam təminat verilir. Respondentlərin cavabları ümumiləşdirilmiş şəkildə yekun nəticələrə daxil ediləcək və onların fərdi məlumatlarının açıqlanmasına yol verilməyəcəkdir.

Qeyd edək ki, sorğunun nəticələri Azərbaycan İnvestisiya Holdinqinin kommunikasiya sahəsində planlaşdırdığı və həyata keçirdiyi tədbirlərin təkmilləşdirilməsinə və səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.

KEÇİD LİNKİ

Oxşar xəbərlər

Azərbaycan İnvestisiya Holdinqi fəaliyyətinə dair ictimai sorğu keçirəcək
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına yeni vəzifə verilib
Azərbaycan İnvestisiya Holdinqinə "BakuBus"la bağlı yeni səlahiyyət verilib
Sorğu: Bayden əqli qabiliyyətini itirir
Sorğu: Almanların 70%-i hazırkı hökumətin işindən narazıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər