Sorğu: Almanların 70%-i hazırkı hökumətin işindən narazıdır
sizinxeber.az xəbər saytı

Sorğu: Almanların 70%-i hazırkı hökumətin işindən narazıdır


Almaniya sakinlərinin əksəriyyəti hakim “Svetofor” koalisiyasının (SPD, Yaşıllar, FDP) işindən razı deyil.

“Report” xəbər verir ki, bunu “Bild am Sonntag” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun məlumatları sübut edir.

Nəticələr göstərib ki, respondentlərin 70%-i hökumətin fəaliyyətindən narazıdır. Yalnız sorğuda iştirak edənlərin 22%-i əks fikir bildirib.

Eyni zamanda, 62% şəxs Almaniya kansleri Olaf Şoltsun işindən razı deyil. Yalnız 27% Almaniya hökumətinin başçısının siyasətinə müsbət rəy bildirib.

Almaniyada siyasi birliklərin populyarlıq reytinqində hakim koalisiyaya daxil olan partiyalar birlikdə cəmi 33% toplayır. Bu, 2021-ci il federal seçkiləri ilə müqayisədə təxminən 19 faiz bəndi azdır.

Xüsusilə, Şolsun Sosial Demokrat Partiyası (SPD) cəmi 16%, Yaşıllar - 12%, Azad Demokrat Partiyası isə cəmi 5% səs alıb. Üstəlik, Sosial Demokratlar və sağçı Almaniya üçün Alternativ partiyasına dəstək səviyyəsi indi eynidir (hər biri 16%).

Reytinqə 30% səslə Xristian Demokrat və Xristian Sosial Birliklərinin müxalifət bloku başçılıq edir. Respondentlərin yalnız 3%-i sol partiyanı dəstəkləyir.

İyunun 3-dən iyunun 7-dək aparılan sorğuda 1203 nəfər iştirak edib.

Oxşar xəbərlər

Almaniya kansleri: Ukraynaya dəstək azalmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kansler almaniyalı hərbçilərin Ukraynaya göndərilməsini istisna edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münxendə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə ikitərəfli görüşü olub - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sorğu: Bayden əqli qabiliyyətini itirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər