Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub
“İçərişəhər” Dövlət Tarix-Memarlığı Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan Tarixi Abidələrin Bərpası Məktəbi (Mak’TAB) UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Asiya və Sakit Okean Regionu üçün Ümumdünya İrs Təlim və Tədqiqat İnstitutunun təsis etdiyi beynəlxalq müsabiqənin qalibi olub.
“Sizinxeber.az” xəbər verir ki, “Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar” müsabiqəsinin “Star of Discovery” kateqoryası üzrə mükafata layiq görülən Mak’TAB dünya üzrə 100-dən çox iştirakçı arasından seçilib.
Mükafatın təqdimetmə mərasimi Hindistanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan tədbirdə baş tutub.
Bununla yanaşı, eyni tədbirdə Tarixi Abidələrin Bərpası Məktəbi ilə bağlı təqdimat keçirilərək, Mak’TAB qonaqlara “Nümunəvi keys” qismində göstərilib.
Qeyd edək ki, Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilən birgə işlərə dəstək göstərmək məqsədilə yaradılıb.
Oxşar xəbərlər
UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində keçirilən tədbirdə COP29-a hazırlıq müzakirə edilib
Elman Abdullayev: Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır
Yedditəpə kurqanlarınından yaştəyini üçün nümunələr götürülüb
Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












