İlin ilk yarısında 90-dan çox ölkənin vətəndaşı Azərbaycanda işləmək üçün müraciət edib
sizinxeber.az xəbər saytı

İlin ilk yarısında 90-dan çox ölkənin vətəndaşı Azərbaycanda işləmək üçün müraciət edib


Cari ilin 6 ayı ərzində Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətilə məşğul olmaq üçün iş icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 92 ölkə vətəndaşı müraciət edib.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Dövlət Miqraqsiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin yanvar - iyun ayları ərzində DMX-nə işlə bağlı 5950 müraciət daxil olub:

"Müvafiq dövr ərzində ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir".

Oxşar xəbərlər

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Ötən ay 30 minə yaxın əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib
Bu şəxslər üçün əmək miqrasiyası kvotası 5 il müddətinə ləğv olunur
Ötən ay Azərbaycanda yaşamaq üçün 7 minə yaxın əcnəbi müraciət edib
Bu ilin ilk rübündə Azərbaycana daimi yaşamaq üçün 773 nəfər gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər