Gəncədə 30-a yaxın fərdi yaşayış sahəsini su basıb, fəsadlar aradan qaldırılır
Ötən gün axşam saatlarından başlayaraq Gəncə şəhərinə yağan və hazırda da fasilələrlə davam edən güclü yağış bir sıra fəsadlar törədib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində yeni salınan məhəllədə 30-a yaxın fərdi yaşayış sahəsini su basıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisə yerinə gələrək sakinlərlə görüşüb, güclü yağışın yol açdığı fəsadların aradan qaldırılırması istiqamətində aparılan işlərlə yerində tanış olub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Səməd Tomuyev bildirib ki, baş vermiş hadisə ilə əlaqədar olaraq aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar.
Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regional qurumlarının əməkdaşları tərəfindən evlərə dolmuş yağış sularının ərazidən xaric edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Qısa vaxt ərzində yağış sularının evlərdən tamamilə çıxarılması təmin ediləcəkdir.
Qeyd edək ki, analoji halların gələcəkdə də yaşanmaması üçün hazırda sözügedən ərazidə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə yeni su ötürücü beton boruların inşası həyata keçirilir. İşlərin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Niyazi Bayramov sakinlərlə görüşüb
Gəncədə bir neçə qanunsuz tikintinin qarşısı alınıb
Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var - YENİLƏNİB
Gəncədə ATS-də yanğın olub
Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












