Rusiya müxtəlif səviyyələrdə ciddi araşdırma aparmalı və Azərbaycana cavab verməlidir – RƏY
Rusiyada son günlər baş verən hadisələr bütün miqrantlara, o cümlədən azərbaycanlılara qarşı törədilən ən ciddi hallardan biridir.
Bu fikirləri “Sizinxeber.az”a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev səsləndirib.
Deputat bildirib ki, hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-istintaq tədbirləri çərçivəsində səlahiyyət hüdudlarını aşan hərəkətlər ehtimalı var və bu məsələ ciddi şəkildə araşdırılmalıdır: “Əgər doğrudan da cinayət işi qaldırılıbsa, problemlər yaranıbsa və ölüm faktı baş veribsə, hüquq-mühafizə orqanları cavab verməli, hadisə isə obyektiv qiymətləndirilməlidir. Bu, ilk belə hal deyil”.
Arzu Nağıyev vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanata Rusiya ən yüksək səviyyədə cavab verməlidir: “Əks halda, bu cür proseslər ciddi fəsadlara səbəb ola bilər. Azərbaycan daim qonşuluq siyasətinə sadiq olub və ölkədəki rus icmasına ən yüksək səviyyədə münasibət göstərilib. Qarşı tərəf də buna adekvat davranmalıdır. Rusiya bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə ciddi araşdırma aparmalı və Azərbaycana cavab verməlidir”.
Oxşar xəbərlər
Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər
Tahir Rzayev: “Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır”
Səbinə Salmanova: Baş verən hadisə Azərbaycan – Rusiya strateji tərəfdaşlığına tamamilə ziddir
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
