İlham Əliyev: “Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətindəyik”
sizinxeber.az xəbər saytı

İlham Əliyev: “Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətindəyik”


“Planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

“Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti deyib ki, hazırda dörd giqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Dövlətimizin başçısı əminliyini ifadə edib ki, bütün məqsədlərə nail olunacaq.

Oxşar xəbərlər

Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”
Azərbaycan Prezidenti: “Biz yaşıl gündəliyə doğru irəliləyirik, bu, məqsədli seçimdir”
Azərbaycan Prezidenti Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib
Prezident: “Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”
Prezident İlham Əliyev: “Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər