Prezident: "Torpaqlarımız işğal altına düşəndə bütün əsas güclər Ermənistanın arxasında idi"
Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində.
"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.
Xalqımızın böyük faciələrlə üz-üzə qaldığını, bir milyon insanın evsiz-eşiksiz qaldığını, torpaqlarımız tamamilə dağıdıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq”.
Oxşar xəbərlər
Prezident: "Qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılsın" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Xankəndidən çıxış edib + FOTO/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Baş Komandan: "Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: "1969-cu ildən 1982-ci ilə qədər Qarabağda bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: "Biz bu gün Xankəndinin mərkəzindəyik, Azərbaycan Bayrağı altında, bu, tarixi hadisədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












