Dövlət başçısı: "Biz bu gün Xankəndinin mərkəzindəyik, Azərbaycan Bayrağı altında, bu, tarixi hadisədir"
sizinxeber.az xəbər saytı

Dövlət başçısı: "Biz bu gün Xankəndinin mərkəzindəyik, Azərbaycan Bayrağı altında, bu, tarixi hadisədir"


Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm.
"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”.

Oxşar xəbərlər

İlham Əliyev: "Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır, bu, böyük tarixi hadisədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Xalqıma söz vermişdim ki, gün gələcək Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq və bu gün gəldi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: "Qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılsın" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üç ay öncə Xankəndi azad edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: "Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər