Ali Baş Komandan: "Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır"
sizinxeber.az xəbər saytı

Ali Baş Komandan: "Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır"


Bu gün burada (Xankəndi – red.) olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.

“Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”, - deyə dövlətimizin başçısı bildirib.

Oxşar xəbərlər

İlham Əliyev: "Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, bu, əbədi bizimlə olacaq"
Prezident Xankəndidən çıxış edib + FOTO/VİDEO
Dövlət başçısı: "Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım böyük rəmzi məna daşıyır"
Üç ay öncə Xankəndi azad edildi
Azərbaycan Prezidenti: "Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər