Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib


“Rusiya Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşvişə düşüb və münaqişə tərəflərini qan tökülməsini dayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

“Biz Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş içindəyik, - deyə o bildirib. - Rusiya tərəfi münaqişə tərəflərini qan tökülməsinin qarşısını almağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam edirlər”.

Zaxarova əlavə edib ki, Moskva Rusiya-Ermənistan müttəfiqliyinə sadiqliyini bir daha təsdiqləyir.

Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Ermənistanın Rusiya əleyhinə addımlarının ikitərəfli münasibətlərə heç bir təsir göstərməməsi ilə bağlı bəyanatlarından razı deyil. O, həmçinin Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər

Zaxarovadan Ermənistan XİN-ə şillə kimi cavab [xfgiven_updateblue][/xfgiven_updateblue]
M.Zaxarova: “Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: “ABŞ Ukrayna ilə bağlı xərclərin yükünü Aİ-nin üzərinə atmağa çalışır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər