Paşinyan Azərbaycanın işğaldakı 8 kəndindən danışdı
Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var: Berkaber, Aygehovit, Vazaşen, Paravakar və s.
Axar.az xəbər verir ki. bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
“Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd – red.) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil”, - o əlavə edib.
Qeyd edək ki, Paşinyanın Tavuş rayonunda saydığı kəndlərin heç biri Azərbaycanın nəzarətində deyil.
Oxşar xəbərlər
Çatışmazlıq var, çünki Əliyevin imzası yoxdur! - Nikol
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı
Paşinyan daxili və xarici siyasətdə məsuliyyəti öz üzərindən atmağa çalışır - Rəsmi Moskva
Rusiya XİN Paşinyanın müstəqilliklə bağlı bəyanatlarına münasibət bildirib
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













