Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub.
President.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfəri edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilib - YENİLƏNİB - FOTO\VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Qazaxıstana səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












