Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilib - YENİLƏNİB - FOTO\VİDEO
Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.
Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Prezident İlham Əliyevin şərəfinə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev əsgərləri salamlayıb.
Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.
***15:39
Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilir.
Həmin görüntüləri təqdim edirik:
BAKU.WSOxşar xəbərlər
Prezident İlham Əliyev Qazaxıstana səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan İlham Əliyevə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan İlham Əliyevlə danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi























