Əliyevin İmaməli Rəhmanla təkbətək görüşü oldu
sizinxeber.az xəbər saytı

Əliyevin İmaməli Rəhmanla təkbətək görüşü oldu


Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmən ilə təkbətək görüşü olub.

sx.buludhost.com xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevi salamlayan Prezident İmaməli Rəhmən dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi Tacikistanda salamlayıram. Elə bu yaxınlarda biz birlikdə Sizin Tacikistana dövlət səfərinizi həyata keçirdik. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Sammitdə - Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə sağ olun.

Prezident İlham Əliyev: İmaməli Şaripoviç, sağ olun. İlk növbədə, bu mühüm tədbirdə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bunu çox yüksək qiymətləndirirəm. Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir və xüsusilə yenidən gözəl Düşənbə şəhərində olmaq xoşdur.

Prezident İmaməli Rəhmən: Sağ olun.

Prezident İlham Əliyev: Siz mənim çox uğurla və yaxşı nəticələrlə keçən dövlət səfərimi qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün əlverişli vaxtda Azərbaycana dövlət səfəri etməyinizlə bağlı artıq Sizə rəsmi məktub göndərmişəm.

Prezident İmaməli Rəhmən: Çox Sağ olun.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramını izləyib (FOTO) [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya liderləri İlham Əliyevi təbrik edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni sahəsini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Qazaxıstana səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər