Hikmət Hacıyev: "Qarabağın erməni sakinlərinə bundan sonra da ərzaq yardımı göstəriləcək"
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: "Qarabağın erməni sakinlərinə bundan sonra da ərzaq yardımı göstəriləcək"


"İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə ərzaq yardımı çatdırılıb və bundan sonra da davam etdiriləcək".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, paylaşımda yardımların detallı statistikasına yer verilib. Məlumata görə, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi olub.

 Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb. 25 sentyabr tarixində Xankəndidəki partlayışda əziyyət çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib. 26 sentyabrda isə 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 34 ton dizel yanacağı, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib.

Oxşar xəbərlər

"Qarabağdakı erməni sakinlərə ərzaq yardımı bundan sonra da çatdırılacaq" - Hikmət Hacıyev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan PA: "Qarabağın erməni araşdırması üçün 38 ton benzin, 16 ton dizel yola salınıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yardımı Qarabağ ermənilərinə belə çatdırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağın erməni sakinlərinin reinteqrasiya planı hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər