İrəvan bununla BMT TŞ-nin tələblərini pozur - Bayramov
Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
Təhlükəsizlik Şurasının növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin tamamilə qəbuledilməzliyini, bu mötəbər orqanın nüfuzuna və etibarına ciddi zərbə olduğunu və tamamilə rədd edilməsinin vacibliyini vurğulayan nazir bildirib: “Bu, həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Əslində bu gün Şura Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda ərazidə antiterror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranmışdır”.
Oxşar xəbərlər
Nazir: "Azərbaycan bunu edə bilməz" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: “Ermənistanın təxribatları sülh danışıqlarını xoş məramla aparmadığını nümayiş etdirdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayramov Kassislə erməni təxribatını müzakirə etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayramovdan Borrellə: Bu bəyanatlar AB-yə xələl gətirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Lord Əhməd ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












