Ölkəmiz ili böyük uğurlarla başa vurur
sizinxeber.az xəbər saytı

Ölkəmiz ili böyük uğurlarla başa vurur


Artıq başa çatmaq üzrə olan “Heydər Əliyev İli” xalqımız və dövlətimiz üçün düşərli oldu, Ulu Öndər yoluna sədaqət həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın inkişafını şərtləndirən əsas amilə çevrildi. Prezident İlham Əliyev hələ ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə xalqa müraciətində bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz Onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.

Bu fikirləri YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib.

Araz Xudadanov qeyd edib ki, başa vurmağa hazırlaşdığımız 2023-cü il Azərbaycan tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu il kimi əbədi həkk olundu. 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərimizin davamı olaraq qəhrəman ordumuzun sentyabrın 19-da həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, tarixi yüzillərə dayanan Qarabağ münaqişəsinə son qoyulmaqla suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə müqəddəs Bayrağımızı ucaltması xalqımız üçün böyük qürurdur. Xankəndidə  keçirilən hərbi parad,  daha sonra müstəqillik tariximizdə ilk dəfə olaraq Xankəndi şəhər stadionunda futbol oyunun keçirilməsi düşmənlərə verilən anlamlı mesaj oldu.

Hər zaman olduğu kimi, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə söykənən siyasəti yeni-yeni nailiyyətlərə yol açır. Bu uğurlar, yeniliklər özünü bütün istiqamətlərdə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda başladılan genişmiqyaslı bərpa-quruculuq işlərində də özünü göstərir. Qarabağda və Şərqi Zəngəzurda görülən işlər yola saldığımız 2023-cü ildə daha geniş vüsət aldı. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, bütün ərazilərimizdə bərpa işləri müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın yüksək şəraitdə yaşayışı üçün zəruri addımlar atılır. Görülən bütün işlər isə şəxsən Prezident İlham Əliyevin diqqəti və qayğısı altında həyata keçirilir. Odur ki, dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər növbəti səfəri Böyük Qayıdış Proqramının uğurla başa çatacağına əminliyi artırır.

YAP Sabunçu rayon təşkilatının sədri qeyd edib ki, 2023-cü ili böyük uğurlarla başa vuran ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə yeni uğurlar qazanacaq.

Oxşar xəbərlər

Vüqar Rəhimzadə: 27 sentyabr şanlı Qələbə salnaməmizin ilk günü kimi tarixə əbədi həkk olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazilər İlham Əliyevə məktub yazdılar: "...Sizin sərkərdəliyinizlə" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalqımız prezident seçkilərində Qalib Prezidentinə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlətçiliyimizin əsası Ulu Öndərin rəhbərliyi ilə qoyuldu - Kamaləddin Qafarov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qalib Azərbaycanın qalib Liderinə milyonların sevgisi şəksizdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər