Azərbaycanın səbri daşdı: terrorçular məhv edilir - General
sizinxeber.az xəbər saytı

Azərbaycanın səbri daşdı: terrorçular məhv edilir - General


Yenə səhəri ermənilərin terror xəbəri ilə açdıq. Ermənilər ən yaxşı bacardıqları alçaqlığı yenə etdilər. Mina terroru nəticəsində şəhid olan polis qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Bu sözləri Axar.az-a Ermənistanın mina terrorunun nəticələri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

“Ağdamda baş verən son təxribat nəticəsində iki hərbçimizin yaralanması və mina terrorunun davam etməsi, xəritələrin təhvil verilməməsi səbrimizin sonunu gətidi. Nəticədə Şanlı Azərbaycan Ordusu Qarabağda antiterror tədbirlərinə başladı. Ermənistan bunu təkbaşına yox, arxasındakılarla birlikdə edirdi. Ona görə bütün məsuliyyət İrəvan qədər, onların da üzərinə düşür. Bütün terror nöqtələri məhv edilməli, sıradan çıxarılmalıdır. Azərbaycan sülh istədi, amma qarşılığında təxribat, terror, cinayət gördü. İndi isə Ermənistan terrorçularına qarşı tədbirləri görməlidir. Allah Şanlı Azərbaycan Ordusuna yar olsun!” – türk general bildirib.

Oxşar xəbərlər

Prezident: “İkinci Qarabağ müharibəsindən sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub”
Ombudsmandan Xocavənddəki terror aktına reaksiya
Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib - FOTO
Xocavənddə dördüncü polis, iki mülki şəxsə qarşı terror törədənlər zərər verib
Şəhid Ələsgər Əsgərov sabah Naxçıvanda dəfn ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər