Azərbaycan XİN Qarabağdakı qondarma seçkini tanımayan dövlətlərə təşəkkür edib
Azərbaycan XİN Qarabağdakı qondarma seçkini tanımayan dövlətlərə təşəkkür edib
Türkiyə, Pakistan, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, ABŞ, İran, habelə Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar bəyanat verərək qondarma və qanunsuz seçkini pisləyib, onun legitimliyini tanımayıblar.
“Report” xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.
“Fürsətdən istifadə edərək, beynəlxalq hüququ dəstəkləyən və Ermənistan tərəfinin bu qanunsuz, qeyri-legitim və təxribat xarakterli addımına qarşı açıq şəkildə çıxış edən bütün dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür edirik”, - brifinqdə vurğulanıb.
Oxşar xəbərlər
Rəsmi Bakı Qarabağdakı qondarma rejimin nümayəndələrinə amnistiya tətbiq edilməsinin şərtlərini açıqlayıb
Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”
Rəsmi Bakı: “Ermənistan rəhbərliyinin son açıqlamaları əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib”
Ermənistan hücum etmək üçün texnika toplayır
Bölgədəki son vəziyyətlə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













