Frankofoniya təşkilatında növbəti Fransa və Ermənistan fiaskosu
sizinxeber.az xəbər saytı

Frankofoniya təşkilatında növbəti Fransa və Ermənistan fiaskosu


Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirir.

“Report”un məlumatına görə, bu günlərdə, Fransanın təsisçisi olduğu Frankofoniya təşkilatının nazirlər görüşü Kamerunda öz işini yekunlaşdırıb.

Azərbaycanın sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra bütün beynəlxalq platformalarda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa və Ermənistan təşkilatın bu iclasında da bəzi cəhdlər etsələr də, onların bu səyləri heç bir nəticə verməyib.

Kamerunda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının Frankofoniya daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana göstərdiyi dost münasibəti Ermənistanın bu səylərinin uğursuz olacağını əvvəlcədən deməyə əsas verdi.

Bununla yanaşı, ötən ilin noyabr ayında Frankofoniya təşkilatının Tunisdəki sammitində, Azərbaycanın üzv olmadığı bir təşkilatda Fransa və Ermənistanın bütün səylərinə baxmayaraq, irəli sürülmüş qətnamədə Azərbaycan əleyhinə bəndlərin əksəriyyətinin rədd edilməsi və qətnamə üzrə səylərin istənilən nəticə verməməsi Fransa və Ermənistanı Kamerunda bu kimi cəhdlərdən əl çəkməyə məcbur edib.

Oxşar xəbərlər

Niger Frankofoniyadan xaric edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın Azərbaycana qarşı iddiaları... - XİN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan arasında sülh perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakıdan İrəvana cavab: Buna son qoyulmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər