Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub
Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub.
Bu barədə "Sizinxeber.az"a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı aprelin 30-da Milli Məclisdə olub.
Əvvəlcə plenar iclas zalı ilə tanış olan qonaqlara parlamentin tarixi, fəaliyyəti, burada işin təşkili və onun strukturları haqqında ümumi məlumat verilib.
Sonra qonaqlar Milli Məclisin inzibati binasını gəziblər. Müstəqil Azərbaycanın memarı, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Ziyarətçilər Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun Milli Məclisin foyesində yaratdığı "Çiçəklən, doğma Azərbaycan" adlı divar rəsmi ilə də tanış olaraq, əsərin tarixi barədə məlumat əldə ediblər.
Sonra qonaqlar Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar, inzibati binanın 15-ci mərtəbəsindəki "Xəzər salonu"ndan Bakının mənzərəsini seyr ediblər.
Söhbət zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.
Qonaqları Milli Məclisin deputatları Kamal Cəfərov, Pərvanə Vəliyeva, Səbinə Xasayeva və digər rəsmi şəxslər müşayiət ediblər.
Oxşar xəbərlər
Sahibə Qafarova Latviya prezidenti ilə görüşdü
Azərbaycan Gənclər Fondu Milli Məclisdə hesabat verəcək
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
Sabah Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
