"Kəpəz" televiziyasının 32 yaşı tamam olur
sizinxeber.az xəbər saytı

"Kəpəz" televiziyasının 32 yaşı tamam olur


Azərbaycanın ilk özəl regional televiziyası olan Kəpəz TV-nin yarandığı gündür.

"Report" xəbər verir ki, televiziyanın yaranmasından 32 il ötür.

Belə ki, "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ilin yayında Gəncə şəhərində yayıma başlayıb.

Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında yaşayan insanların gündəlik informasiya tələbatını ödəyən Kəpəz TV, hər gün 4 xəbər buraxılışı və müxtəlif səpkili verilişlər vasitəsilə qərb bölgəsində baş verən prosesləri işıqlandırır.

Uşaqlara hər zaman vaxt ayıran televiziya xüsusilə şəhid ailələrinin övladlarını diqqətdə saxlayır, balacaların dili ilə atalarının qəhrəmanlıqları nümayiş olunur.

Telekanalın əsas məqsədlərindən biri hərbi-vətənpərvərlik məsələlərinə diqqət yetirmək, milli-mənəvi dəyərləri, adət-ənənələri özündə əks etdirməkdir.

Bu illər ərzində Kəpəz TV 100-dən çox tarixi, bədii-sənədli filmlər istehsal edib, müxtəlif mükafatlara layiq görülüb.

Televiziyanın www.kepeztv.az saytı vasitəsilə verilişləri canlı olaraq izləmək mümkündür.

Qeyd edək ki, Audioviziual Şuranın 11 oktyabr 2022-ci il tarixli müvafiq qərarı ilə Kəpəz televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası da verilib.

Oxşar xəbərlər

Bu gün ARB telekanalının 11 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" "Turan Tovuz"un futbolçusunu icarəyə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni icraçı-direktor: "Kəpəz" hər zaman diqqət mərkəzindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" legioneri ilə vidalaşdığını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz"in baş məşqçi postuna əsas namizəd müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər