Braziliyanın “O Globo” xəbər agentliyi Azərbaycan barədə xüsusi reportaj yayımlayıb
COP-29 ərəfəsində Azərbaycana səfər etmiş Braziliyanın məşhur “O Globo” xəbər agentliyinin müxbirlərinin ölkəmizə həsr olunmuş 2 hissədən ibarət xüsusu reportajı 16 və 23 may tarixlərində geniş yerli auditoriya üçün ən prestijli səhayət verilişi olan “Globo Repórter”in növbəti seriyası kimi yayımlanıb.
Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən “Sizinxeber.az”a verilən məlumata görə, reportaj o qədər həcmli və maraqlı olub ki, onu iki verilişdə verilməsi qərara alınıb. Bir neçə Avropa və Asiya ölkələri barədə reportajlar bir verilişdə yayımlanıb. İki proqramda “TV Globo”nun Londondakı müxbiri, Murilo Salviano qeyd edib ki, “Kökü odda olan, Avropa ilə Asiyanı birləşdirən, sərvət və sirlərlə dolu bir diyar - Azərbaycan”ın paytaxtı Bakı, habelə Şəki, Gəncə, Basqal şəhər və qəsəbələrə səyahət edib və xalqımızın adət-ənənələrini, mədəniyyətini, müasirliyini, tolerantlığını, inkişafını və zəngin ləzzətlərini ortaya qoyub.
Xüsusi reportajda müxbir YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhər, həmçinin Qobustan və Şahdağ milli parkları, Şəki Xan Sarayı, o cümlədən palçıq vulkanı, muğam sənəti, baramaçılıq və ipəyin əldə edilməsi, kəlağayı hazırlanması və milli mətbəximizin ləziz təamları barədə izləyicilərə ətraflı məlumat verib.
Veriliş Braziliya ictimaiyyətində geniş marağa səbəb olub, reportaj bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, 50 yaşı (irsi) olan veriliş Braziliyada ən çox izlənilən proqramdır. Həftənin sonunda efirə verilən veriliş faktiki olan minlərlə ailəni ekran başına yığır, braziliyalıların xaricə turistik istiqamətləri seçməsində yardımçı olur və onları səyahətə sövq edir.
Oxşar xəbərlər
Braziliyanın vitse-prezidenti Lula da Silvanın səlahiyyətlərini müvəqqəti icra edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə məşhur braziliyalı futbolçunun tələbini rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliyada universitetdə atəş açılıb, ölən və yaralanan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” Juninyonun Braziliya klubuna keçidindən 5 milyon avro qazanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyalı iş adamı Braziliya klubunu ala bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












