Tareq Abdul-Qafar: Şuşa Qlobal Media Forumu kimi tədbirlər qlobal media mühitinin sağlamlaşdırılmasına xidmət edir
sizinxeber.az xəbər saytı

Tareq Abdul-Qafar: Şuşa Qlobal Media Forumu kimi tədbirlər qlobal media mühitinin sağlamlaşdırılmasına xidmət edir


Qlobal aləmdə belə bir fikir var ki, dezinformasiya ya məlumatın azlığından, ya da yoxluğundan yaranır.

Sizinxeber.az xəbər verir ki, bunu Şuşa Qlobal Media Forumu zamanı jurnalistlərə açıqlamasında Misirin "Media News Agency" Agentliyinin baş redaktoru Tareq Abdul-Qafar bildirib.

Tareq Abdul-Qafar Şuşa Qlobal Media Forumunun əhəmiyyətinə də toxunub: "Bu cür tədbirlər ümumilikdə qlobal media mühitinin, informasiya sferasının sağlamlaşdırılmasına xidmət edir. Bizim əsas məqsədimiz də elə bundan ibarətdir. Şuşa Qlobal Media Forumu bu istiqamətdə həm Azərbaycanın, həm də burada iştirak edən ölkələrin təmsilçilərinin mövqeyini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dezinformasiya ilə mübarizə aparılmasına gəlincə, bu amil informasiyanın ya azlığından, ya da yoxluğundan yaranır. Bu da əhali ilə dövlətin rəsmiləri arasında etimadsızlığa səbəb olur. Bunu da nəzərə almaq lazımdır ki, bəzi hallarda informasiyaya məhdudiyyətsiz çıxış əldə edilməsi onların emalı və ya yanlış emal olunması zamanı ciddi problemlərə yol aça bilər".

Oxşar xəbərlər

ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti: Şuşa Forumu kimi tədbirlər dezinformasiyayla mübarizədə mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqor Korotçenko: Şuşada keçirilən Qlobal Media Forumu dünyadakı media icması üçün yeni trendlər yaradır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər