İqor Korotçenko: Şuşada keçirilən Qlobal Media Forumu dünyadakı media icması üçün yeni trendlər yaradır
Qərb dövlətləri özlərinin geosiyasi rəqiblərinə qarşı qarayaxma, yalanın təbliğatı və dezinformasiya kampaniyaları aparır.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
O bildirib ki, Şuşa Qlobal Media Forumunda çoxsaylı ölkələrdən nümayəndələrin iştirakı Azərbaycana verilən önəmin göstəricisidir:
"Şuşada artıq ikinci dəfədir keçirilən Qlobal Media Forumu müasir dünyadakı media icması üçün yeni trendlər yaradır. Bu gün dünyada feyk-xəbərin yayılması ilə bağlı çoxsaylı hallarla qarşılaşırıq. Xüsusən də Qərb dövlətləri özlərinin geosiyasi rəqiblərinə qarşı qarayaxma, yalanın təbliğatı və dezinformasiya kampaniyaları aparır. Bu gün bir sıra dövlətlər misilsiz enerji istehsalı və ixracı potensialına malik olan Azərbaycana qısqanclıqla yanaşır”.
Oxşar xəbərlər
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru: Prezident İlham Əliyev qlobal səviyyəli liderdir
İqor Korotçenko: Azərbaycan güclü beynəlxalq koalisiya formalaşdırmalıdır
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













