Şuşada ATNA-nın İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib
İyulun 21-də II Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib.
Bu barədə “Report”a Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.
Məlumata görə, toplantıda ATNA-nın İcraiyyə Komitəsində üzv agentliklər Alyansın loqosu ilə bağlı layihələri, veb-saytın konsepsiyasını, birgə təlim proqramlarını və gündəlikdə duran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, ATNA 2023-cü ilin noyabrında İstanbul şəhərində keçirilmiş Baş Assambleyada Azərbaycanın AZƏRTAC, Türkiyənin “Anadolu”, Qazaxıstanın “Qazkontent”, Qırğızıstanın “Kabar” və Özbəkistanın “UzA” agentlikləri tərəfindən təsis edilib.
Alyansın məqsədləri agentliklər arasında informasiya mübadiləsini gücləndirmək, birgə təlim proqramları həyata keçirmək, müsabiqələr təşkil etmək, dünya informasiya məkanında türk dünyası haqqında xəbərlər yaymaqdır.
Oxşar xəbərlər
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Cəfər Hasnain: II Qarabağ müharibəsi dövründə aparıcı informasiya agentlikləri Azərbaycana qərəzli yanaşırdı
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib
Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













