İdarə rəisi: Nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var
Dezinformasiya, nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var.
Bunu “Sizinxeber.az”un Şuşaya ezam olunan müxbirinə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, II Qlobal Media Forumunda Prezident İlham Əliyev də bildirib ki, hətta onun adından da feyk xəbərlər, videomüraciətlər hazırlanıb:
“Prezidentin son illər fəaliyyəti, dünyada nüfuzunun artması onu da dələduzların istifadə edəcəyi nüfuzlu şəxslər siyahısına daxil edib. Bildiyiniz kimi, dörd gün bundan əvvəl saxta səhifə hazırlanıb, Prezident İlham Əliyevin ailə üzvlərinin adından investisiya yatırımları ilə bağlı saxta məlumat yayılmışdı. Bu kampaniya da tərəfimizdın aşkarlandı və müvafiq qurumlarla birgə ölkə ərazisində fəaliyyəti dayandırıldı”.
T.Məmmədov qeyd edib ki, təmsil etdiyi dövlət xidmətinin fəaliyyət istiqamətlərindən biri də feyk xəbərlərin yoxlanılması, ümumiyyətlə dezinformasiya, kiberdələduzluq halları, dövlət strukturları, rəsmi şəxsləri hədəfləyən dələduzluq hallarının aşkarlanması, monitorinqi, araşdırılmasıdır.
“Biz də öz tərəfimizdən belə saxta məlumat və videoların dərhal aşkarlanması, bloklanması, mümkün qədər az auditoriyaya çatdırılması, vətəndaşları qorumaq məqsədilə aktiv fəaliyyət göstəririk”, – o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin adından video müraciət yayıldı - Çağırış [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentliyə namizədlərin adından saxta səhifələr yaradılır - İki qurumdan XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu saytlarla kommunal ödənişlər etməyin! - Xəbərdarlıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DTX-nin səlahiyyətləri artırıldı - Qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












