Naxçıvanda jurnalistlər üçün təlim keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda jurnalistlər üçün təlim keçirilib


Naxçıvanda Medianın İnkişafı Agentliyi (MEDİA) və Dövlət Miqrasiya Xidmətinin (DMX) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim keçilib.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, Naxçıvan regional miqrasiya baş idarəsində keçirilən “Miqrasiya maarifləndirilməsində medianın rolu” adlı təlim jurnalistlərin miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə təşkil olunub.

Tədbirdə miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda, medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Media nümayəndələri, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, miqrant icmaları və digər maraqlı tərəflər arasında ideya və təcrübə mübadiləsinin aparılmasının miqrasiya sahəsində çətinlikləri müəyyən etmək, miqrasiya siyasətində kompleks yanaşmanı təmin etmək üçün vacib bir vasitə olduğu qeyd edilib.

Medianın miqrasiya anlayışının daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya prosesləri ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Təlim çərçivəsində DMX əməkdaşları “Azərbaycanda miqrasiya idarəçiliyi” və “Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər” mövzularında təqdimatlarla çıxış edərək ölkədə həyata keçirilən miqrasiya idarəçiliyi, bu sahədə əldə edilmiş nailiyyətlər, media məlumatlılığı, informasiya sorğularına dair tələblər barədə tədbir iştirakçılarına məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Dövlət Miqrasiya Xidməti ilə Moldovanın Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Miqrasiya Məcəlləsinə "yüksəkixtisaslı miqrant" anlayışı əlavə edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle