"Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması" layihəsi müzakirə edilib
Azərbaycan Mətbuat Şurasında (MŞ) Şuranın Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallașdırdığı "Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə MŞ sədri Rəşad Məcid, jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər.
R.Məcid bildirib ki, "Azərbaycan media landșaftı üzrə məlumat bazasının yaradılması" layihəsi 7 ay müddətində davam edib:
"Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə dörd toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb".
R.Məcid, həmçinin, layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihənin yekunlaşdığını bildirib.
MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradlması" layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları "Azərbaycanın media landșaft" kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib:
"Layihə çərçivəsində MŞ-nin "presscouncil.az" saytında "Azərbaycanın media landșaftı" adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar", "Informasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər", "Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları", "Azərbaycan mediasından gender balansı", "I və ll Qarabağ müharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyaları yer alıb".
M.Ələsgərli qeyd edib ki, "Azərbaycan media landșaftı üzrə məlumat bazası" beynəlxalq standartalara uyğun formada hazırlanıb.
Toplantı digər iştirakçıların çıxış və təklifləri ilə davam edib.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Mətbuat Şurası "Azərbaycan media landşaftı üzrə məlumat bazası" layihəsi çərçivəsində növbəti konfransını keçirib
MEDİA-da ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib
ATƏT/DTİHB ilə seçkilərdə medianin fəaliyyəti müzakirə edilib
Media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
