Əhməd İsmayılov: “Azərbaycan müəllimi” milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyidir
Gələn il 150 illik yubiley yaşını tamamlayacaq milli mətbuatımızın 90 ilinə şahidlik etmiş qəzet ölkəmizdə maarifin, milli-mənəvi dəyərlərin təbliğində yüksək peşəkarlıq göstərərək nəşr olunduğu bütün dövrlərin salnaməsini yarada bilib.
"Sizinxeber.az" xəbər verir ki, bu fikirlər Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi üçün təbrik nitqində yer alıb.
Ə.İsmayılov qeyd edib ki, “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yol isə milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyidir.
O, “Azərbaycan müəllimi” qəzetinin zəngin təcrübəsindən çıxış edərək maarifçilərin müasir məktəb və mədəni tərəqqi uğrunda apardıqları mübarizədən söz açıb:
“Azərbaycan ziyalılarının başladığı maarifçilik hərəkatının vacib prinsipləri olan məktəbin, maarifin təbliği “Azərbaycan müəllimi” qəzetinin toxunduğu mövzular içərisində daim prioritet təşkil etmiş və bu gün də öz tarixi irsinə, prinsiplərinə sadiqlik redaksiya tərəfindən yaradılan kontent nümunələrində özünü qoruyub saxlamaqdadır. “Azərbaycan müəllimi” qəzetinin yaratdığı 90 illik zəngin salnaməyə nəzər saldıqda Firidun bəy Köçərlinin, Məhəmməd ağa Şaxtaxtlının, Teymur bəy Bayraməlibəyovun, Məhəmməd Tağı Sidqinin, Hənifə xanım Məlikovanın, Badisəba xanım Köçərlinin və digər fədakar maarifçilərin müasir məktəb və mədəni tərəqqi uğrunda apardıqları mübarizənin izlərini görə bilərik”.
Ə.İsmayılov sözügedən qəzetin onlayn platformada da fəaliyyətini yüksək qiymətləndirərək onun davamlılığı, materialların işlənməsində özünəməxsus yazı tərzi və mövzu rəngarəngliyi haqqında rəğbətlə danışıb:
“Texnoloji inkişafın təsiri ilə müasir media mühitində gedən sürətli dəyişiklik artıq jurnalistikanın klassik dəyərlərini də əhatə etməklə yeni, daha dinamik məzmun almışdır. Müasir çağırışlara cavab vermək istəyən media gündəlik fəaliyyətini məhz texnoloji tərəqqinin dinamik ritmləri üzərində qurmağa məhkumdur. Bu baxımdan “Azərbaycan müəllimi” qəzeti yalnız ənənəvi çap mediası subyekti kimi qalmır, onlayn platformada da fəallıq göstərərək cəmiyyəti təhsillə bağlı ictimai məzmunlu məlumatlar, maraqlı reportajlar, publisistika nümunələri ilə tanış etməkdə davam edir”.
Oxşar xəbərlər
Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların müzakirəsinə ehtiyac var [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-da ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ATƏT/DTİHB ilə seçkilərdə medianin fəaliyyəti müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












