Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular
sizinxeber.az xəbər saytı

Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 27 noyabr 2023-cü il tarixində elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqənin nəticələrini bu gün MEDİA elan edib.

Oxu.Az-ın əməkdaşı Könül Soltanova (Cəfərli) “Fərdi jurnalist müsabiqəsi”nin “Ən yaxşı araşdırma” nominasiyası üzrə qalibi olub.

Qeyd edək ki, müsabiqədə fərqlənənlər arasında “Report” İnformasiya Agentliyinin iki, “Kaspi” qəzetinin isə bir əməkdaşı da var.

Belə ki, Tural İbadlı (“Report”) “Ən yaxşı müsahibə”, Sədrəddin İsmayılov Soltan oğlu (“Report”) “Ən yaxşı ictimai-siyasi təhlil” və Aygün Cəfərova (“Kaspi”)  “Ən yaxşı müsahibə” nominasiyaları üzrə qalib olaraq mükafatlandırılıblar. 

Sizinxəbər.Az kollektivi olaraq media əməkdaşlarını təbrik edir, daha böyük uğurlar diləyirik!

Oxşar xəbərlər

“Azərbaycan İkinci Qarabağ müharibəsində medianın rolundan uğurla istifadə etdi”
Pərvanə İbrahimova: "İnformasiya bolluğu çox zaman "informasiya çirkliliyinə" səbəb olur"
Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb
Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı
Toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər