Azərbaycanda informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşib
Azərbaycanda informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşib.
"Sizinxeber.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Media haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi bu qanunda nəzərdə tutulan tələblərə cavab verməlidir.
Qeyd edək ki, "Media haqqında" qanuna görə, onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
Oxşar xəbərlər
İnformasiya agentliklərinə dair yeni tələblər qoyulub
MM informasiya agentliklərinə dair yeni tələbləri III oxunuşda qəbul edib
İnformasiya agentliklərinə dair yeni tələblər I oxunuşda qəbul edilib
Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib
Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar I oxunuşda təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
