MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb
sizinxeber.az xəbər saytı

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb


Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA: Azərbaycan daxili işlər naziri adından saxta açıqlama yayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaqub Eyyubovun adından yayılan açıqlama “deep fake” texnologiyası ilə hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər