III Şuşa Qlobal Media Forumu mədəni proqramla işinə yekun vurub
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu işini mədəni proqramla yekunlaşdırıb.
“Report”un müxbirinin məlumatına görə, forum iştirakçıları üçün açıq havada canlı musiqi sədaları altında mədəni proqram, həmçinin tanınmış aşpazların yeməklərindən ibarət şam yeməyi təşkil olunub.
Tədbirdə 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak ediblər.
İştirakçılar arasında xarici və Azərbaycan KİV-nin nümayəndələri, ekspertlər və rəsmi şəxslər də olub.
Forum çərçivəsində onun iştirakçıları üçün Ağdam rayonuna, Laçın və Xocalı şəhərlərinə tanışlıq məqsədli səfərlər təşkil olunub.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumu iyulun 19-da başlayıb və iyulun 21-dək davam edib.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir
Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb
İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












