"Ölümün verdiyi həyat" bədii filminin qala gecəsi keçirilib
Ötən gün Bakıda "Ölümün verdiyi həyat" bədii filminin qala gecəsi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, film Vüsal Cəbrayıloğlunun "Ölümün bəxş etdiyi həyat" romanının motivləri əsasında ekranlaşdırılıb.
Dram janrında çəkilən ekran əsəri insan taleyi, həyatın çətin seçimləri, itkilər və mənəvi dönüş nöqtələri üzərində qurulub.
Legal Media Group-un istehsalı olan "Ölümün verdiyi həyat" bədii filminin qala gecəsində bir sıra dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər, media nümayəndələri və digər özəl qonaqlar iştirak ediblər.
Qonaqlar filmin yaradıcı heyəti ilə görüşərək ekran əsəri haqqında ətraflı məlumat əldə ediblər.
Filmin növbəti qala nümayişləri 8 və 9 may tarixlərində saat 19:00-da Nizami Kino Mərkəzində davam etdiriləcək.
Eyni zamanda, mayın 8-də Vüsal Cəbrayıloğlunun "Ölümün bəxş etdiyi həyat" kitabının təqdimat mərasimi də keçiriləcək.
Filmin rejissoru Ramil Adiloğludur. Ekran əsərində həyat və ölüm arasındakı incə sərhəd, insanın daxili mübarizəsi və taleyin dəyişdirici gücü xüsusi bədii dillə tamaşaçıya çatdırılır.
"Ölümün verdiyi həyat" filmi tamaşaçını həyatın dəyəri, seçimlərin məsuliyyəti və insanın daxili dünyası barədə düşünməyə sövq edən təsirli dram əsəridir.
Oxşar xəbərlər
"Apatiya 2"nin qala gecəsi olub
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirilib - FOTO
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
“Aktyor” adlı bədii film çəkilib
Fuad Hüseynəliyev: Ümid edirəm ki, “Xocalı. Son toy…” filminə göstərilən dəstəyi doğrulda bildik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
