Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir
sizinxeber.az xəbər saytı

Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir


Azərbaycan Rabatda (Mərakeş Krallığı) keçirilən 31-ci Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində (SIEL 2026) iştirak edir.

"Report" xəbər verr ki, Azərbaycan pavilyonu Mədəniyyət Nazirliyi və Azərbaycanın Mərakeşdəki səfirliyinin birgə təşkilatçılığı ilə qurulub.

Pavilyonda ölkənin zəngin mədəni və ədəbi irsi təqdim edilir. Buraya klassik və müasir ədəbiyyat nümunələri, tarix, mədəniyyət, memarlıq və milli adət-ənənələrə dair kitablar, habelə çoxdilli nəşrlər daxildir.

Azərbaycan pavilyonu sərginin sonunadək (10 may) açıq olacaq, bütün kitabsevərlər, peşəkarlar və maraqlı şəxslər ziyarətə dəvət edilir.

Qeyd edək ki, sərgi 30 aprel-10 may aralığında "OLM Souissi" kompleksində davam edəcək və bu tarix Rabatın 2026-cı il üçün UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması ilə üst-üstə düşür. SIEL 2026 60-dan artıq ölkədən 890-a yaxın iştirakçı ilə rekord göstəricilərə malikdir və konfranslar, diskussiyalar, həmçinin mədəni proqramlarla zəngindir.

Oxşar xəbərlər

Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Azərbaycan XXI Ankara Kitab Sərgi-Yarmarkasının fəxri qonağı seçilib
Azərbaycan Ankarada keçirilən kitab sərgisində qonaq ölkə kimi iştirak edir
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər